Email marketinqdə hansı səhvlər buraxılır?

Email marketinqdə ilk öncə nəyə diqqət etməlisiz?

1)Məktubun dizaynının olmaması böyük bir səhvdir. Email digər ünsiyyət kanallarına(sosial şəbəkələr,sayt və s) oxşardır.Ona görə email marketinqdə qrafika və korporativ elementlərdən istifadə olunması zəruridir. İstifadəçilər bunu xoşlayırlar. Ancaq mətn olan bir email uğursuz olacaq.Yaxşı olar ki, dizayn hazırlamaq üçün peşəkar bir dizayner xidmətindən istifadə edəsiniz.

2)Ancaq elementlər olan məktublar da istifadəçilər tərəfindən pis qarşılanır . Bundan başqa, belə bir məktub müxtəlif poçt klientlərində(Outlook,Thunderbird və s) müxtəlif cür görünə bilər. Ona görə yaxşı olar ki, HTML formasından istifadə edəsiniz.

3)Şəkillər olan məktubla istifadəçilərə informasiyanın çatdırılması çox səhvdir. Bir çox poçt proqramlarında şəkillər avtomatik yüklənmir və istifadəçi boş sahə görür. Bu email yazarkən bizi növbəti mümkün səhvlərə aparır.

4)Qoyulmamış alt teqləri. Bu teqlər, şəkillərin yüklənməməsi halında sizə kömək edəcək. Bunun əvəzində,  alıcı poçt proqramlarında şəkilin mətn təsvirini görür və o  şəkillərin yüklənməsi üçün klikləyəcək.

5)İlk növbədə bütün email sistemlərində(google,outlook və s) emaillər yaradın və o emaillərə öz test emailinizi göndərin.Bir email sistemində normal görünən məktub digər email sistemində pis görünə bilər.Test etməklə email marketinq üçün nəzərdə tutulmuş məktubunuzu optimallaşdırın.

6)Ən vacibi isə sizin məktublar istifadəçilər üçün əhəmiyyətli olmalıdır. Əks təqdirdə siz məqsədinizə çatmamaqla yanaşı,istifadəçilərdə neqativ fikir yaradacaqsınız.

 

0

Related Posts

Salam! Rəqəmsal marketing xidmətlərinə ehtiyacınız var? Bizə yazın, ən qısa zamanda sizə cavab veriləcək.
Vahid
CRM mütəxəssisi
X