Facebookda reklam verməyin üstünlükləri

Əgər siz bu məqaləni oxuyursunuzsa deməli siz aktiv internet istifadəçisiniz. Sosial şəbəkələr olmadan onlayn həyat demək olar ki mümkün deyil. Hal-hazırda Facebookda demək olar ki 2 milyard insan qeydiyyatdan keçmişdir. Təəccüblü deyil ki, bu sosial şəbəkə hədəflənmiş reklamın əsasıdır. Bilmək istəyirsiz niyə?

Facebookda reklamın üstünlükləri :

  • Facebookda yerləşdirilmiş reklam kampaniyaları bizi maraqlandıran hədəf kütləsinə müraciət etməyə imkan verir.
  • Hər hansı bir reklam kampaniyasına başlamaq üçün hədəf seçməlisiz.Məsələn,məhsulun satılması,brendin tanınması.
  • Reklam verən şəxslər öz hədəf kütlələrini yaşa,yerə,maraqlara görə hədəfləyə  bilirlər.

Facebook necə müəyyən edir ki, kimə hansı reklamı göstərsin?

Əsas məsələ ondadır ki,Facebook sizin servis və tətbiqlərdə hərəkətlərinizi analiz edir. Bundan başqa sistem “Facebook piksel” texnologiyasından istifadə edir. Daha dəqiq desək reklam sizin saytınıza daxil olan və ya sizin tətbiqdən istifadə edən adamlara göstərilir.

Facebookda reklam verməyin ən müsbət cəhətlərindən biri də Facebook-un “Look-alike” alətidir. Artıq yaradılmış auditoriyanın xüsusiyyətlərinə əsasən sistem potensial müştərilərə sizin reklamı göstərir.

Unutmayın ki, 2012-ci ildə Facebook təsisçisi Mark Zuckerberq hər gün güclənən və daha da populyarlıq qazanan Instagram’ı satın almışdır. İnstagramın reklamı da  Facebook reklam kabinetindən konfiqurasiya edilir.

Hər hansı sualınız qalıbsa  formanı dolduraraq məsləhət ala bilərsiniz:

[wpforms id=”452″]

 

0
Salam! Rəqəmsal marketing xidmətlərinə ehtiyacınız var? Bizə yazın, ən qısa zamanda sizə cavab veriləcək.
Vahid
CRM mütəxəssisi
X