Google Adwords ilə işləmək üçün aşağıdakı checklist-dən istifadə edə bilərsiniz.
1) Düzgün kampaniya növü seçilməlidir
a) axtarış şəbəkəsi
b) media-kontekst şəbəkəsi
Axtarış sistemlərində və kontekst-media şəbəkəsində verilən reklamlar üçün açar sözlər və tekst elanları fərqlidir. Ona görə də, bu resursları müxtəlif kampaniyalara ayırmaq məsləhətdir.
2) Lazımlı bölgəni düzgün göstərin. Ayarlarda bölgə və hədəf kütlənin coğrafi yerləşməsini tamlaşdırın.
3) Vaxtın hədəflənməsi. Saytda qeyri-iş vaxtı müraciətin olması düzgün deyil. Ona görə də vaxtı hədəfləyərkən ofisin iş vaxtına görə +/- 30dəq hədəfləyin.
4) Əlaqə məlumatları daxil edin: email, ünvan, əlaqə nömrəsi və s. Bu zaman sizin üstünlüyünüz daha artacaqdır.
5) 1 klik üçün qaydalar verin. Səhifədə yerinə və ya büdcəyə görə maksimal klik qaydalarını verə bilərsiniz.
6) Açar sözlərinizi konkretləşdirin.Bu zaman siz özünüzü sizə uyğun olmayan trafikdən qoruyacaqsınız(Məsələn,mebel əvəzinə mebel almaq,mebel al,mebel salonları göstərmək olar)
7) Gündəlik büdcəni düzgün təyin edin. Buna görə reklam büdcənizi əlavə xərclərdən qoruyacaqsınız.
8) AdWords’i konversiyalara görə konfiqurasiya edilmiş Google Analitiksə qoşun. İnterfeysdə kampaniya ərzində olan konversiyaların sayını görəcəksiniz.
9) Bütün hallanmalarda sözlərin siyahısını yoxlayın: mənzil,mənzillərin,mənzilləri və s. Pulsuz servislər vasitəsilə, AdWords üçün hallanmış açar sözlərin siyahısını əldə edə bilərsiniz.
0