Google reklamları
Google reklamları, müştərilərinizin saytınıza cəlb edilməsinin ən sürətli və effektib yollarından biridir. Google reklamlarının işləmə prinsipi elədir ki, kimsə məsələn sizin bizneslə bağlı açar söz axtaranda sizin biznesin də reklamı qarşısına çıxır. Sosial media reklamlarından fərqli olaraq reklamı dərhal öz hədəf kütləniz görür.
Google reklamları ilə bağlı Ən çox verilən suallar
Bu günki gündə, hər şeyin dijitallaşdığı bir vaxtda Google axtarış sistemi əvəzolunmaz bir vasitədir. Axtarış sistemləri, onlayn istifadəçilərə xəbərlər, blog yazıları və biznes təklifləri daxil olmaqla internetdə müxtəlif məlumatlar tapmağa və məlumatlı qərarlar verməyə imkan verən müştəri xidməti vasitələridir.
Google Ads-də reklamların dəyəri birbaşa biznesinizin xüsusiyyətlərindən asılıdır. Qiymətlər minimal 250AZN-dən başlayır. Reklam büdcəsini sahəniz və ehtiyaclarınızla bağlı tam məlumatı verdikdən sonra deyə biləcəyik.
Əsasən , nə qədər xərcləyəcəyinizə siz qərar verirsiniz : xərcləri artıra və azalda bilərik. Biz isə öz növbəmizdə seçilmiş Google reklam növləri arasında bölərək maksimum nəticə əldə etməyə çalışırıq və sizi ən aşağı CPC və CPM-i ilə təmin edirik.
Bizə reklam büdcənizi deyin və biz sizə gözlənilən nəticələrin ilkin hesablamasını aparıb deyəcəyik : CPM, klikləmə , dəyəri. Portfolioyada müştərilərimizin google reklam nümunələri ilə tanış ola bilərsiniz.
Yüksək keyfiyyətli və təsirli bir kampaniyaya başlamaq üçün işinizi və xüsusiyyətlərini ətraflı öyrənməli, ilkin təhlil aparmalı, açar söz araşdırması etməliyik. Reklamların işləməsi adətən 3-7 gün çəkir.
Biz sizə daimi olaraq tez-tez hesabatlar göndərəcəyik. Bu hesabatlarda siz Google reklam xərclərini tam ətraflı görə biləcəksiniz.
google reklamarı nümunələri
Google reklamlari necə işləyir?
1. Açar sözlərin tədqiqi və təhlili
Google reklam xidmətləri göstərən şirkətimiz yüksək performanslı axtarış şərtlərini müəyyən etmək üçün Ahrefs , Semrush kimi tanınmış alətlərdən istifadə edərək ilkin açar söz araşdırması edir.
2. Reklamların mətnlərinin hazırlanması
Hədəf açar sözlərinizi müəyyən etdikdən sonra, Google reklam mütəxəssislərimiz axtarış nəticələrində göstəriləcək reklamlar üçün CTA olan reklam mətn və təsvirlərini hazırlayırlar.
3. Reklam kampaniyalarının və reklamların yaradılması
Bu mərhələdə biz yeni reklam kampaniyaları yaradırıq. Sonra isə kampaniyalarda hazırladığımız mətnlərə görə reklamlar yaradırıq. Reklamlara extensionlar, əlaqə nömrələri və s qoşaraq yaradılan reklamların effektivliyini artırırıq.
4. Reklamların təhlili və optimizasiyası
Reklamlar yaradıldıqdan sonra işləməyə başlayır. Biz isə daimi olaraq reklamların daha yüksək nəticə verməsi üçün onu optimizasiya edir, yeni açar sözlər, reklam mətnləri, extensionlar əlavə edirik.
Google reklamlari biznesim Üçün Vacibdirmi?
Biznes tanıtımı
Google reklamları müştərilərinizin axtarış niyyətinə uyğun olan ən doğru açar sözləri seçməyə və təklif etməyə imkan verir. Əlavə olaraq, Google ads, marka adınızı reklamın başlığına, görünən URL -yə, təsvirə və uzantı bağlantısına yerləşdirməyə imkan verir.
Artan Dönüşüm
Google reklamlarının əsas üstünlüklərindən biri nəticələrin dərhal əldə olunmasıdır. Reklamlar işlədikdən sonra həmin gün zənglər və müraciətlər gəlməyə başlayır. Doğru Google reklam həlləri ilə eyni gündə yeni satışlar yarada bilərsiniz.
Xüsusi targeting
Statistikaya görə, hər ay 30 milyarddan çox Google axtarışını aparılır. Google Reklam performansınızı artırmaq və kampaniyanızın doğru yerlərdə görünməsi üçün coğrafi hədəfləmə, reklam planlaşdırma və s hədəfləmə seçimlərindən istifadə edə bilərsiniz.
Google reklamları necə həyata keçirilir?
Google reklamlarının üstünlükləri
SEO vaxt tələb edir - saytda trafik artımını 3 aydan sonra görməyə başlayacaqsınız. Burada kampaniyalara başlayandan sonra sizə dərhal müraciətlər gəlməyə başlayacaq.
Reklamlar sizin məhsul və ya xidməti axtaran insanlar tərəfindən görülür. Tələb yaratmaq üçün vaxt və pul xərcləməyə ehtiyac yoxdur - siz reklamlarınızı almaq istəyənlərə görsədirsiniz
Büdcənizi iş məqsədlərinizə görə ayıra bilərsiniz. Bir satış çox mənfəət verirsə o zaman reklamlar üçün daha böyük bir büdcə ayırın, məhsul mövsümi olarsa - mövsümlər arası xərcləri azalda bilərsiniz.
Reklamların göstərilmə şərtlərini özünüz təyin edirsiz: 1000 baxış və ya klik başı nə qədər pul ödəyəcəyinizi özünüz təyin edirsiniz. Reklamlarada istənilən vaxt redaktə vermək olur.
Büdcənizi biznes məqsədlərinizə görə ayıra bilərsiniz. Bu ay bir satış etməyi planlaşdırırsızsa daha böyük , məhsul mövsümi olarsa - mövsümlər daha az ayıra bilərsiniz.