İnternet marketinqdə istifadə olunan reklam kanalları

İnternet marketinqi nədir?

İnternet marketinqi klassik marketinqə oxşardır. Klassik marketinqin bütün aspektləri internetdə məhsul və ya xidmətlərin alıcılara satışı və onlarla əlaqənin qurulması üçün istifadə olunur. . Hər  iki mütəxəssisin vəzifələri eynidır: alıcını saxlamaq və geri qaytarmaq.

1990-cı ilədək internetdə  bir dənə də  onlayn mağaza yox idi. İndi yalnız Azərbaycanda  onların sayı yüzdən çoxdur və bir çox iş adamları üçün veb-saytlar əsas gəlir mənbəyinə çevrilmişdir.

İnternet marketinqdən istifadə edərkən məhsul və xidmətlərin qiyməti daha aşağı olur ,çünki fiziki olaraq hardasa olmağa ehtiyac yoxdur.

İnternet marketinq özündə aşağıdakı istiqamətləri birləşdirir:

Kontekst reklamı

İnternetdən istifadə edən hər bir şəxs hər gün kontekst  reklamlarını  görür. Mütəxəssislər hesab edirlər ki, bu kanal ancaq televiziya reklamlarından  geridə qalır. Kontekst reklamı kimə maraqlıdırsa ancaq həmin şəxslərə göstərilir.Məsələn əgər siz “mebel” sözünü axtarış sistemində yazsaz onda mebellərlə bağlı reklamlar hər yerdə qarşınıza çıxacaq.

Banner reklamı

Müştərilərin cəlb olunması üçün ən çox istifadə olunan üsullardan biridir. Kontekst reklam kimi banner reklamı da ancaq hədəf auditoriyaya göstərilir. Fərqləri ondadır ki, kontekst reklamı adi tekst ismarıcıdır, banner isə informasiyanı həmçinin şəkil vasitəsilə verir. Banner reklamını həm axtarış sistemlərində,həm də veb saytlarda yerləşdirə bilərsiniz.

 

SEO

Google axtarış sistemində açar sözlərə görə axtarış edəndə ilk mövqelərdə reklam vermiş veb saytlar durur. Onlardan sonra axtarış sistemləri  ən rahat və faydalı hesab etdikləri resurslar gəlir. Bu SEO mütəxəssislərinin işidir.

Axtarış robotları daima saytları analiz edirlər.Veb saytın axtarış sistemlərində birinci səhifədə olması üçün sayt 500-dən çox kriteriyalara cavab verməlidir . SEO axtarış sistemlərini  aldatmaq üçün üsullar deyil,saytın təkmilləşdirilməsi üçün bir strategiyadır. SEO mütəxəssisləri elə edirlər ki , sayt həm istifadəçilərin, həm də axtarış sistemlərinin xoşlarına gəlsin.

SMM

SMM, birbaşa müştərinizlə əlaqə saxlamağa imkan verən sosial media marketinqidir. Bu kanal sayəsində həm satış, həm də markanın etibarlılığı artır. Konkret olaraq SMM-də marketinqi  səhifələrin  təşviqi və hədəf reklamlara bölünə bilər.

Rəy  və şikayətlərlə işləmək

Şirkətlə əlaqə qurmaqdan və ya bir məhsul satın almadan əvvəl bir çoxlarımız internetdə fikirləri oxuyurlar və ya dostları ilə məsləhətləşirlər. Əgər biznesmen rəylər və şikayətləri nəzərə almırsa o zaman o müştərilərini itirəcək.

SERM

SERM(Search Engine Reputation Management) azərbaycan dilində mənası axtarış sistemlərində reputasiyanın idarə olunması deməkdir. Əgər hər hansı bir məhsul haqqında mənfi rəylər varsa onda çətin kimsə onu ala. SERM-in əsas vəzifəsi mənfi rəyləri neytrallaşdırmaq və müsbət rəyləri artırmaqdır.

SERM mütəxəssisi mənfi rəy buraxan şəxsləri müəyyənləşdirir.Əgər rəqib şirkətin nümayəndəsidirsə onda o onu ifşa edir. Əgər rəyi həqiqi alıcı buraxıbsa müəyyənləşdirir ki,nəyə görə məhsul və ya xidmət onun xoşuna gəlməyib və bunu aradan qaldırmağa çalışır.

SERM-mütəxəssis şirkətə yaxşı rəylər toplamağı öyrədir. Bu məqsədlə mütəxəssis müştərilərlə işləmək üçün ünsiyyət formaları təklif edir və onları müsbət rəy bildirməyə həvəsləndirir.

Kontent marketing

Kontent marketinqi faydalı məlumatların yaradılması və yayılması prosesidir. Belə marketinqin əsas xüsusiyyətlərindən biri bu məqalələrdə bir damla da reklam olmur. Oxucular faydalı məqalələr çıxaran markaya güvənməyə başlayır və almağa gəldikdə, onlar bu şirkəti seçirlər.

Commodity aggregators

Commodity aggregators – effektiv satış vasitələridirlər. Bunlara Google Merchant Center,tap.az,lalafo.az,shop.az  kimi qaynaqlar daxildir. İnsanlar bu saytlara demək olar ki, məhsul almağa gəlirlər və marketoqlar onlara öz tilovlarını atmalıdırlar.

Bunun işləmə prinsipi belədir. Məsələn, Tap.az-da  kimsə “elektrik səbət” axtarır.

Bu zaman o şirkətin tapaz-da olan səhifəsinə daxil olur. Şirkətlə bağlı məlumatlarla tanış ola bilirlər.

 

Email marketing

Email  marketinqi şirkətin müştərilərlə əlaqə qurmasına kömək edən email xəbərləridir. Məktublar avtomatik və ya daimi ola bilər. Avtomatik, məsələn, doğum gününüzü təbrik edir və ya tərk edilmiş bir səbətdəki məhsulu sizə xatırladır. Daimi emaillər isə endirimlər,tövsiyələr,xəbərlər barəsində ola bilər.

Bunun işləmə prinsipi çox sadədir.. Müştəri sayta ilk dəfə gələndə böyük ehtimalla o hələ almağa hazır deyil. Ancaq təklif etdiyiniz şeylə maraqlanırsa, o zaman o email ünvanını saytda qoyur. Bundan sonra siz onu maraqlı təkliflər(məsələn 10% endirim) göndərməklə məhsulu aldıra bilərsiniz.

Email marketinqi sadiq müştəriləri sayta cəlb edir, təkrar sifarişlərin sayını artırır və marka etibarını artırır.

 

 

1

Related Posts

Salam! Rəqəmsal marketing xidmətlərinə ehtiyacınız var? Bizə yazın, ən qısa zamanda sizə cavab veriləcək.
Vahid
CRM mütəxəssisi
X