Atatürk 22

Uzun müddətdir ki, biz saytların yaradılması və SEO optimizasiyası ilə məşğul oluruq. Bir çox saytlar üzərində SEO optimizasiyaya başlayanda biz onları full SEO audit edirik.

Saytı niyə yadda qalan etmək lazımdır ?

Yəqin ki, siz informasiya yükündən məlumatlısınız. Sizin müştərilər sizin sayt olmadan belə gündə internetdə ən azı 7 saat vaxt keçirirlər. Siz çalışmalısınız ki, sizin sayt onların xoşuna gəlsin. Bu sizin biznesdə gəlir əldə etməyiniz üçün vacibdir.

Yadda qalan sayt - gəlir mənbəyidir

Bu faktdır ki, insanlar hər gün getdikcə tənbəlləşirlər. Onlar sizin sayta tam diqqət vermədən giflər kimi qiymətləndirirlər. 
Düşünün ki, 2020-ci il dekabrın 20-nə kimi dünyada 4,66 milyard insan internetdə aktiv olmuşdur. Dünyada isə 1,74 milyard sayt vardır. Hər gün 5,760.000 post paylaşılır. Sizin sayt da böyük rəqabətli mühitdə insanların diqqəti çəkmək mübarizə aparır.
Digər statistikada var. Bu insanların saytda keçirdikləri orta vaxtdır. Burada isə daha pis mənzərə yaranır. Əgər istifadəçilər sayta keçid etdikdən sonra 7 saniyə ərzində xoşlarına gələn bir şey olmasa o zaman rəqiblərinizə qaçacaqlar.

Niyə yadda qalan saytın olması vacibdir?

Daimi müştərilər yeni müştərilərdən daha sərfəlidirlər və onlar daha çox gəlir verirlər.
Müştərinin ilk dəfə cəlb olunması zamanı siz onu zərərlə cəlb edirsiz.

Əlavə statistikalar :

  • Köhnə müştərilərdən gəlir ümumi gəlirin 65%-i olur.
  • Məhsulların mövcud müştərilərə satışı 3-5 dəfə daha yüksəkdir. Köhnə müştərilər 65-70%, yeni müştərilər isə 10-20% hallarında alış edirlər.
  • Daimi müştərinin çeki yeni müştəridən 65-70% daha yüksəkdir.
  • Köhnə müştərilərin cəlb olunması yeni müştərilərdən 5 dəfə azdır.

Əgər istəyirsizsə ki, müştərilər sizinlə qalsınlar onda öz saytınızı yadda qalan etməyə çalışın. Bu hər bir halda zəmanət verir ki, müştərilər sizi sayta görə tapacaqlar. Siz hər halda düşünmürsüz ki, müştərilər sizin vizitkarları və digər promo məhsullarınızı saxlayacaqlar.
İlk əlaqəniz əgər müştəri ilə sayt üzərindən olubsa o zaman növbəti dəfə də müştəri sizi internetdə axtaracaq. O sizin şirkətin adını xatırlaya biləcəkmi? O sizi brend sorğusuna görə axtaracaqmı ? Böyük ehtimalla yox.

Nəyə görə gözəl sayta sahib olmaq vacibdir?

Gözəl veb dizayn istifadəçilərin ehtiyaclarını təmin edir.
Gözəl veb dizayn anlayışını hər bir kəs öz bildiyi kimi başa düşür. Əgər bir neçə nəfərə desəz ki, saytınızı dəyərləndirsinlər , hər biri öz bildiyi kimi dəyərləndirəcək və müxtəlif arqumentlər gətirəcəklər. Praktiki planda bunun əhəmiyyəti yoxdur. Çünki insanlar saytları demək olar ki, eyni cür qiymətləndirirlər və əgər diqqətlərini müxtəlif detallarla cəlb etməsəz , müqayisələr üst üstə düşəcək.

Bu niyə baş verir ? Çünki istifadəçi təcrübəsi 2020-ci ildə demək olar ki, eynidir. Demək olar ki, hamı eyni saytlardan istifadə edirlər. 10-15 il bundan qabaq vəziyyət fərqli idi. Təcrübəli istifadəçilər keyfiyyətli və rahat saytları fərqləndirə bilirdilər. Yeni istifadəçilər isə bütün saytlara eyni gözlə baxırdılar. İndi hər şey dəyişib.
Pis dizaynlı saytlar trafiklərini hər gün itirirlər. Bu ona görə baş verir ki, Yandex və Google saytları açar sözlərə görə yox, istifadəçi faktorlarına görə tirajlayırlar. Əgər istifadəçilər sayta keçid edib dərhal çıxıb gedirlərsə sayt aşağı düşür , yerinə digər rəqiblər qalxır. Keyfiyətsiz sayt trafik, biznes isə müştəriləri itirir.
Ona görə də rahat və xoşagələn dizayn – bu bir çox sahibkarların düşündüyü kimi pul itkisi deyil. Bugünki gündə müştərilərin internetdən cəlb olunması üçün yeganə variantlardan biridir.

Biz necə veb dizayn hazırlayırıq ?

Biz artıq neçə ildir ki, müasir veb dizayna malik saytların hazırlanmasına üstünlük veririk. Hazırladığımız saytlarda aşağıda tanış ola bilərsiniz

Əgər suallarınız qalıbsa və ya siz də veb sayt və ya seo xidməti sifariş   istəyirsinizsə, o zaman əlaqə forumunu doldura ya da bizə zəng edə bilərsiniz.

Aktiv kampaniyamız
Oktyabr ayında müraciət edən 5 yeni müştəriyə Google Reklamları xidmətinə 30% ENDİRİM.
Tələsin ! Məhdud yerlər qalıb !
Qalan yerlər :  3/5
Limited Time Offer
You This Coupon Code in Checkout
Click the code to Copy