Hər hansı bir veb saytdakı problemləri aşkar etmək üçün aparılan sayt analizi SEO auditi adlanır. Əgər bu problemlər həll olunmadan qalsa, onda saytın kontentinin indexsləşməsi və axtarış sistemlərində çıxmasında maneə törədir. Audit nəticəsində həmçinin aydın olur ki, resurs və istifadəçi arasındakı qarşılıqlı əlaqə nə dərəcədə rahatdır..
Hər bir veb sayt ilk baxışda mükəmməl görünsə də həqiqətdə texniki səhvlərə malikdir. Əgər ilkin mərhələdə bu texniki problemlər aradan qaldırılsa onda onun effektivliyini daha da artırmaq mümkündür.
Bir qayda olaraq SEO auditinin aparılması nə üçün vacibdir?
- Veb saytın təhlili onun internetdə sonrakı təşviqat üçün hazır olmasını təmin edir. Çox vaxt sayt yaradıcıları axtarış sistemlərində irəliləmə qaydalarını nəzərə almırlar.
- SEO audit başdan saytda hansı problemlərin olmasını müəyyən edir. Problemlər inkişafın müxtəlif mərhələlərində yarana bilər. Buna misal olaraq axtarış sistemlərində trafik düşməsi və mövqelərin itirilməsini misal göstərmək olar. Bu problemlərin əsas səbəbini bilmək üçün seo auditdən istifadə etmək lazımdır.
- SEO auditi sifarişi etməklə saytın təkmilləşdirilməsi mümkündür . Bəzən də elə olur ki,sizin veb sayt qaydasında işləsə də siz daha trafik,mövqelər,müştərilər əldə etmək istəyirsiniz. Bu halda sizin veb saytın təhlili və rəqiblərin veb saytlarının təhlili effektiv nəticə göstərir.
SEO analizini sifariş etmək nə vaxt lazımdır?
1)Siz veb saytınızı təşviq etməyə başlamısız. İlkin mərhələlərdə səhv etmə riski daha çoxdur.Audit sizə ən düzgün təşviq strategiyasının seçilməsi ilə bağlı kömək edəcək.
2)Veb saytın təşviqi istənilən nəticəyə gətirib çıxarmır.Məsələn siz Google Adwords ilə reklama çoxlu pullar xərcləyirsiniz amma nəticəsini görmürsünüz. SEO audit problemlərin müəyyənləşdirilməsini və gələcək inkişafı təmin edir.
3) Sizin saytınız axtarış sistemlərinin filtrlərinə düşmüşdür. Bu halda, saytın auditi sanksiyalardan çıxmasına, resursun ilkin mövqelərinin qaytarılmasına və onların təkmilləşdirilməsinə kömək edəcəkdir.
SEO auditin əsas mərhələləri
- Texniki səhvlərin axtarışı. Saytın təhlili imkan verir ki,hosting və proqram kodunun işində səhvləri müəyyən edək. Problemlər müəyyən edildikdən sonra saytın təşviqi üçün təcili həll olunmalıdırlar.
- SEO auditinin həyata keçirilməsi. Bu mərhələ saytın daxili optimallaşdırılmasını nəzərdə tutur.
- İstifadəyə rahatlılığın analizi. Bu zaman saytın istifadəçilər üçün nə dərəcədə rahat olması müəyyən olunur.
Əgər suallarınız qalıbsa və ya sizdə bizim SEO audit xidmətimizdən yararlanmaq istəyirsinizsə onda o zaman ya əlaqə forumu doldurun yada bizə zəng edin.
[wpforms id=”452″]
0