SEO nədir və nədən ibarətdir ? Üstünlükləri və mənfi cəhətləri

seo nədir

SEO nədir ?

Axtarış sistemlərinə görə optimizasiya ( SEO ( Search engine Optimization) – hərfi tərcümədə Axtarış motoru optimasiyası ) bir saytı açar sözlərə görə Google axtarışında ilk səhifədə saxlamaq və orqanik axtarış trafikinin artırılmasına yönəlmiş bir sıra tədbirlər kompleksi və hərəkətlərdir.

seo nədir nümunəsi

1-ci kvadratda google reklamlarının bloku seçilmişdir hansında ki, saytların sahibləri Google şirkətinə hər klikə görə pul ödəyirlər. Diqqət edin ki, hansı şirkətlər ki reklamlara pul ödəyirlər, onların qarşısında həmişə “Reklam” yazısı var.
2-ci kvadratda isə orqanik çıxarış göstərilmişdir : Burada axtarışda yuxarı ( üst ) mövqelər üçün iştirakçıların daima mübarizəsi gedir. Bu isə elə SEO -dur .

SEO nədən ibarətdir ?

Şərti olaraq bütün SEO 2 hissəyə bölünür. Ən vacibindən başlayaq :

1) Daxili SEO optimizasiya – tədbirlər kompleksidir və axtarış sistemlərinə uyğun olaraq saytınızın sazlanmasıdır. Əslində bunlar hamısı bir SEO mütəxəssisi tərəfindən saytınızda birbaşa həyata keçirilən bütün işlərdir. Dünyadakı bütün axtarış sistemlərinin öz tələb və istəkləri vardır ki, sayt necə olmalıdır ki, axtarışda ilk sıralarda çıxsın. Bu tələbləri axtarış sistemləri çox vaxt öz informativ kitabxanalarında yerləşdirirlər.

Ancaq axtarış sistemlərinin tövsiyələrinin icrası saytınızı Google və ya digər axtarış sistemlərində ilk səhifəyə gətirməyinizə tam olaraq kömək edə bilməz. Axtarış sistemləri tərəfindən paylaşılan məlumatlar bir saytı optimizasiya edərkən yerinə yetirilməsi lazım olan bütün SEO işlərinin 5-10%-ni təşkil edir.

2) Xarici SEO optimizasiya – Axtarış sistemlərində qeydiyyatdan keçmək, kartoqrafiya xidmətlərinə və kataloqlara vebsaytı əlavə etmək, yüksək keyfiyyətli tematik bağlantıların verilməsi və s işlər daxildir. Əslində axtarış sistemləri üçün saytınıza kimin və necə “keçid” etdiyini bilmək çox vacibdir. Bu keçidlərə görə isə saytınızın domen reytinqi və url reytinqi qaldırılır.

Əgər saytınız yaxşı hazırlanıbsa və istifadəçilər üçün faydalıdırsa , onlar forumlarda, sosial şəbəkələrdə , bloglarda bu barədə paylaşımlar edəcəklər. Buna görə də saytınıza digər mənbələrdən keçidlərin olması SEO təşviqatının ayrılmaz bir hissəsidir. Axtarış sistemləri qarşısında sizin sayt daha nüfurlu olur və nəticədə axtarış sistemlərindəki pozisiyalarınız getdikcə yaxşılaşır.

Diqqətli olun : xarici optimizasiya - bir elmdir. Əgər təcrübəniz yoxdursa məşğul olmağı tövsiyə etmirik. Axtarış sistemləri sizin saytınızı bana ata bilər və sizin saytınız daha axtarış çıxmayacaqdır.

SEO optimizasiyanın üstünlükləri :

  • Büdcə rekliklərinin mümkünsüzliyi ( Google axtarış reklamlarında, sosial şəbəkələrdə rəqiblər reklamlarınıza klikləməklə pulunuzu silmiş olurlar)
  • Sadiqlik,gözəgörünməzlik. İnsanlar reklamlara intuitiv şəkildə inanmırlar, buna görə orqanik axtarış sistemi çıxarışlarına daha çox üstünlük verirlər. Bəlkə də, siz özünüz də axtarış reklam bloklarının üstündən keçirsiz.
  • Bir müştəri üçün aşağı qiymət.
  • SEO 90-cı illərin ortalarından bəri mövcuddur. Zamanla sübut etmişdir ki, internetdə ən populyar təbliğat növlərindən biridir.
  • Uzun müddətli. SEO bir stop düyməsinə sahib deyil. Axtarış reklamlarını dayandırsaz sizin təklif və ya məhsul yox göz önündən itəcəkdir.

Mənfi cəhətləri :

Vaxt. Orta hesabla nəzərə çarpacaq nəticələr əldə etmək üçün ən azı 6 ay vaxt lazımdır. Buna görə ən çox SEO şirkəti 6 ay və 12 aylıq bir müqavilə imzalayır;

Proqnozlaşdırma. Mövqelər, trafik və ya satışlar üçün dəqiq bir proqnoz vermək çox çətindir. Bunun bir sıra səbəbləri var : davamlı olaraq yeni rəqib saytlar meydana çıxır ; axtarış sistemləri alqoritmlərini real vaxtda yeniləyir , hər kəs ilk 10, ilk 1 və s uğrunda fəal şəkildə mübarizə aparır , buna görə eyni saytı uzun müddət müəyyən bir vəziyyətdə heç vaxt görməyəcəksiniz.Yeni saytların liderlik etməsi daha uzun çəkir. Bunun səbəbi köhnə saytların yeni saytlardan daha çox axtarış sistemləri tərəfindən etibar edilməsidir.

SEO hər kəs üçündür ?

  • Vaxtı, pulu və səbri olanlar üçün. Yuxarıda öyrəndik ki, nəticələri əldə etmək çox vaxt aparır. Buna görə səbrli olmalı və gözləməli, əks halda bağlanğıcın və nəticələrin əldə edilməsinin daha sürətli olduğu başqa bir növündən istifadə etməlisiniz. Əsas qeyd : SEO vaxt, pul və səbrdir, lakin ROİ digər reklam növləri ilə müqayisə edilə bilməz.
  • Bütün sahə və mövzülar üçün. Yalnız öz sahənizi və potensial hədəf auditoriyanızı təhlil edin.
  • SimilarWeb – Rəqibinizin saytını daxil edin və saytlarına əsas trafiki haradan aldıqlarını görün.
  • Google Keyword Tool – Ölkəni seçin və sizi maraqlandıran açar sözləri daxil edin və nə qədər insanın sizə lazım olanı axtardığını görəcəksiniz. Ancaq təəssüf ki, bu alət Azərbaycan üçün korrent işləmir. Ona görə ən yaxşı alət Ahrefs-dir. Bu alət isə pulludur. Minimal qiymət 99 dollardır. Bu alətlə rəqib saytın domen reytinqini, açar sözlərini , istinadlarını, backlinklərini və daha çox şeyləri analiz etmək mümkündür.
seo nədir haqqında
  • İnternet maqazinlər. Hər növ saytlardan ən effektiv SEO işləyəcək saytı seçsək bu internet maqazinlərdir. Bir maqazanın axtarış reklamlarında tanıtımı ən bahalıdır. SEO təşviqatı çox ucuz və daha təsirli olur.
  • Bir səhifəlik saytlar üçün. Bir səhifəlik saytların təbliğinin mümkünsüz olduğunu deyənlərə inanmayın. Bu bir mifdir.
Bizim dövrümüzdə SEO təşviqi.

Vacib qeyd! : Bu gün artıq açar sözlərə görə birinci səhifədə yuxarıda olmaq kifayət deyil. Bu minimal nəticədir. Sayt həmçinin satmalıır. Satışları artırmaq üçün əsas sorğu üçün ilk 1-də olmaq kifayət deyil. Saytın da satması lazımdır. Bu o deməkdir ki, analiz etməlisiniz və bunun üçün analitik sistemlər quraşdırıb konfiqurasiya etməlisiniz. Bir çox veb sayt sahibləri SEO-da cüzi görünən şeyləri unudurlar.

  • SEO əsas bölmələri : Daxili və xarici SEO optimizasiya.
  • Uğurlu işlərə sahib bir SEO mütəxəssis tərəfindən həyata keçirilməlidir.

Üstünlükləri :

  • Sadiq istifadəçilər
  • Ən qədim populyar və təsirli təşviqat metodlarından biridir
  • Uzunmüddətli nəticə
  • Bir müştəri üçün ən aşağı qiymət.

Mənfi cəhətləri :

  • Açar sözlərə görə nəticələrin əldə olunması 6 aydan 12 aya kimi çətir.
  • Proqnozlaşdırmaq mümkün deyil
  • Yeni saytlar üçün daha çətindir.

Bizdən necə SEO xidməti necə sifariş etmək olar ?

Əgər suallarınız qalıbsa və ya siz də bizim SEO xidmətimizdən yararlanmaq istəyirsinizsə, o zaman əlaqə forumunu doldura ya da bizə zəng edə bilərsiniz.

Bizə zəng edin :

+994518959493

[email protected]

Nobel prospekti 15, Azure Business Centre

B.Ertəsi – Cümə: 10:00 – 19:00

Şənbə Bazar: Bağlıdır